AZ

100 cü qələbəsini qazanıb “Aston Villa”nın tarixinə düşdü

ain.az, Yeniavaz saytına istinadən bildirir.

“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə komandasının baş məşqçisi kimi 100-cü qələbəsini qazanıb.

Yeniavaz.com xəbər verir ki, bu, Avropa Liqasının 1/8 finalının ilk oyununda baş verib.

Həmin oyunda “Aston Villa” “Lill”i 1-0 hesabı ilə məğlub edib.

Emeri klubla 100-cü qələbəsini əvvəlki bütün məşqçilərdən daha tez qazanıb. Belə ki, ispan məşqçiyə buna nail olmaq üçün 181 oyun lazım olub. Bununla da, o klub tarixində yeni rekorda imza atıb.

Qeyd edək ki, Unai Emeri İngiltərə Premyer Liqasından düşmək uğrunda mübarizə aparan “Aston Villa” klubnu 24 oktyabr 2022-ci ildə təhvil alıb. Komanda hazırda Premyer Liqada 29 oyundan 51 xalla dördüncü yerdədir və Avropa Liqasının 1/8 finalında oynayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
yeniavaz.com

5Mənbələr