AZ

Çexiyanın sabiq baş naziri: “Qlobal parçalanma beynəlxalq əməkdaşlığı sarsıdır”

Çexiyanın sabiq baş naziri Yiji Rusnok XIII Qlobal Bakı Forumunda keçirilən “2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv artım və dayanıqlı bağlantı” panelində iştirak edib.

Musavat.com bildirir ki, Rusnok çıxışında qeyd edib ki, hazırda dünyada müşahidə olunan əsas tendensiyalardan biri qlobal parçalanmanın güclənməsidir və bu proses beynəlxalq əməkdaşlığı daha da çətinləşdirir.

O bildirib ki, parçalanma bir neçə səviyyədə özünü göstərir və bunların qarşılıqlı əlaqəsi vəziyyəti mürəkkəbləşdirir. Qlobal səviyyədə ticarət və iqtisadi əməkdaşlıq sahəsində deqlobalizasiya meyilləri diqqət çəkir.

Rusnok əlavə edib ki, regional səviyyədə də oxşar tendensiyalar mövcuddur, xüsusilə Avropa İttifaqı daxilində üzv dövlətlər arasında fikir ayrılıqları və gərginliklər artır.

Onun sözlərinə görə, populist və milli yönümlü siyasi qüvvələrin yüksəlişi konsensusun əldə olunmasını çətinləşdirir və beynəlxalq təşkilatlarda ortaq qərarların qəbulunu ləngidir.

Xalidə Gəray
Musavat.com

Seçilən
79
musavat.com

1Mənbələr