AZ

Piyada zolağında bir nəfər də olsa sürücü ona yol verməlidir EKSPERT

ain.az, Sherg.az saytına istinadən bildirir.

Nəqliyyat məsələləri üzrə mütəxəssis deptatın təkliflərini cəfəng saydı

Millət vəkili Tahir Rzayev avtomobillərin piyada zolağında yolu keçən hər adama görə maşını saxlamamalı olduğunu iddia edir. Milli Məclisin bugünki iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı deputat bu məsələyə toxunub və təklif edib ki, piyadaların yol keçməsi ilə bağlı qaydalara yenidən baxılsın və dəyişikliklər edilsin:

"Bizə adi görünə bilər, lakin vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar. Piyada zolağında yolu keçən hər bir adama görə maşının saxlaması yolverilməzdir. Elə bilirəm ki, piyadalar 8-10 nəfər olduqdan sonra maşınlar onlara piyada zolağında keçid üçün yol verməlidir".

Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, “Yol hərəkəti haqqında” qanunda piyada zolağında neçə nəfər olduqda avtomobil hərəkəti saxlayıb yol verməlidir məsələsi yoxdur: 

- Qanunda bu göstərilmir, piyada zolağında neçə nəfər olduqda sürücü avtomobili saxlayıb keçid üçün piyadaya yol verməlidir. Burada nəfər sayı vacib deyil. Bir nəfər də olsa, sürücü piyadaya yol verməlidir. Düşünmürəm ki, nizamlanmayan piyada keçidində bir piyada gözləməlidir ki, başqa insanar da gəlsın, 7-8 nəfər toplaşsın və onlar kollektiv surətdə yolu keçsinlər. Həm də bu, günün vaxtından da asılıdır. Məsələn, günorta saatlarında ola bilər piyada zolağını keçənlərin sayı çox olsun, amma axşam, gecə saatlarında piyada sayı nisbətən və hətta xeyli azalır. Amma səhərin erkən saatı, ya da gecə vaxtıdır, yolda piyada azdırsa, bir nəfər dayanıb gözləməlidir ki, başqaları da yaxınlaşsın, sonra yolu keçsin?! Belə vəziyyətdə piyada məcbur qalıb yolu tək keçməli olacaq. Ona görə qanunverciliyə dəyişiklik edilsə də bir əhəmiyyəti qalmayacaq. Bilmirəm millət vəkilinn təklifi hansı əsasdan irəli gəlir, amma hesab edirəm ki, hətta bir nəfərə görə də avtomobil dayanmalı və piyadaya yolu keçməyə şərait yaratmalıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
sherg.az

1Mənbələr