AZ

Kuba ABŞ ilə danışıqları davam etdirməyə hazırdır - Kuba Prezidenti

Kuba ABŞ ilə danışıqları davam etdirməyə hazırdır.

Day.Az xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel mətbuat konfransı zamanı bildirib.

 

Bununla belə Kuba liderinin sözlərinə görə, belə bir danışıqlar tərəflərin bərabərliyi və bir-birinin siyasi sisteminə hörmət prinsiplərinə əsaslanmalıdır.

Bundan əlavə, Migel Dias-Kanel ABŞ-nin Federal Təhqiqat Bürosunun (FBI) nümayəndələrini qəbul etməyə hazır olduqlarını da bəyan edib. Məqsəd ABŞ-yə məxsus silahlı katerin ölkənin ərazi sularına daxil olması ilə bağlı hadisəni araşdırmaqdır.

Seçilən
2
1
day.az

2Mənbələr