BƏƏ-ni təmsil edən UFC orta çəki çempionu Həmzət Çimayev ABŞ-dən olan Şon Striklendlə döyüşəcək.
Ölkə.Az xəbər verir ki, döyüş 9 may tarixində ABŞ-nin Nyuark şəhərində keçiriləcək UFC 328 turnirinin əsas hadisəsi olacaq.
Bu, 31 yaşlı Çimayev üçün ilk titul müdafiəsi olacaq. O, çempionluq kəmərini 2025-ci ilin avqust ayında Cənubi Afrikalı Drikus du Plessisi yekdil qərarla məğlub edərək qazandı.
Nyuarkda keçiriləcək turnirin əsas döyüşündə rusiyalı Aleksandr Volkov dominikanlı Valdo Kortes-Akosta ilə qarşılaşacaq. Onlar ağır çəki dərəcəsində yarışırlar.
Ümumilikdə, Çimayev qarışıq döyüş sənətlərində 15 döyüşdə 15 qələbə qazanıb. Striklendin 37 döyüşdə 30 qələbəsi var.