AZ

Azərbaycanda kvadrisikl qəzaya uğrayıb, ölən var

Quba rayonunun Qımılqazma kəndi ərazisində kvadrisikl qəzaya uğrayıb, bir nəfər ölüb.

Ölkə.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumatda Bakı şəhər sakini, 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrisiklin daş hasara çırpıldığı, nəticədə sürücünün aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində həyatını itirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
3
6
olke.az

7Mənbələr