Ağstafada İsrafil ağanın evi bərpa olunacaq.
"Unikal" xəbər verir ki, bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Bildirilib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi və əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə abidəyə ("İsrafil ağanın evində) yerində baxış keçirib, abidənin bərpası üçün növbəti illərin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) hesabına həyata keçiriləcək layihələrin siyahısına salınması barədə aidiyyəti üzrə təklif verilib.
Qeyd edək ki, İsrafil ağa Kərbalayevin evi XIX əsrin sonlarında inşa olunub. Ev həmin dövrdə kirəc və əhəng suyunun qarışığı ilə tikilib. Bu, o dövrdə bahalı tikinti üsulu sayılırdı. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə edilib. Binanın qara günləri isə ötən əsrin 60-cı illərində, yaxınlıqda su elektrik stansiyası tikiləcəyi bəhanəsi ilə sakinlərin kənar əraziyə köçürülməsindən sonra başlayıb.
Müstəqillik illərində - ötən əsrin 1992-1993-cü illərində binada ilk dəfə restavrasiya işləri aparılıb.