AZ

Goranboyda minik avtomobili dəmir arakəsməyə çırpıldı Yaralılar var (YENİLƏNİB)

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Goranboyda baş verən qəzanın təfərrüatları məlum olub.

"Unikal"ın məlumatına görə, hərəkətdə olan "Megan" markalı minik maşını əvvəlcə yol nişanına, daha sonra "Ford" markalı minik avtomobillinə çırpılıb.

*** 18:08

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı 1977-ci il təvəllüdlü G. İbrahimova, 1960-cı il təvəllüdlü B. Həsənov və 2001-ci il təvəllüdlü L. Məhərrəmova xəsarət alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
unikal.az

1Mənbələr