AZ

Levandovski İtaliya klubuna keçə bilər

Bakı. Trend:

"Barselona" ilə müqaviləsi başa çatan Robert Levandovskikaryerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Yuventus" polşalı hücumçunutransfer etmək istəyir.

Turin klubu yayda azad agent statusunda olacaq 37 yaşlıforvardla danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilinyayında "Bavariya"dan transfer edib. Polşa millisinin üzvü bumövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmimatçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Seçilən
51
4
az.trend.az

6Mənbələr