Milli Məclis Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklər edilməsinə dair Protokolu ratifikasiya edəcək.
Day.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin martın 17-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Belə ki, "2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi plenar iclasda müzakirəyə çıxarılacaq.