AZ

"Paşinyanın mövqeyi Azərbaycanın maraqları ilə üst-üstə düşür" - Fazil Mustafa

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini Qarabağ hərəkatını aktuallaşdırmaq cəhdlərində ittiham edib.

Milli Məclisin deputatı Fazil Mustafa Redaktor.az-a bildirdi ki, Paşinyanın mövqeyi Azərbaycanın maraqları ilə üst-üstə düşür:

"Çünki regionda sülhün bərpası üçün bu cür ritorikadan uzaqlaşmaq mütləqdir. Paşinyan əslində erməni cəmiyyətinə çatdırmağa çalışır ki, boş xəyallarla və yalançı ideallarla cəmiyyəti yenidən hansısa macəraya sürükləmək olmaz. Sülh prosesinə zərər vuran bütün yanaşmalardan imtina edilməlidir. Bu isə sağlam bir mövqedir".

Millət vəkilinin fikrincə, bu mövqe birbaşa erməni cəmiyyətində məhz bu prosesi körükləməyə çalışan qüvvələrə qarşı yönəlib:

"Cəmiyyətdə fikir ayrılıqları olsa da, doğru fikrin mənimsənilməsi baxımından Paşinyanın göstərdiyi səylər hər halda faydalıdır. Bu yanaşma həm də sülh sazişi üçün yolun açılmasına xidmət edir".

Xədicə BAXIŞLI

Seçilən
38
1
redaktor.az

2Mənbələr