BAKI, 13 mart. TELEQRAF
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ABŞ və İsrailin İranın dinc nüvə obyektlərinə hücumları ilə bağlı vəziyyəti müzakirə ediblər .
Teleqraf xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ABŞ və İsrailin BAEA-nın təminatları altında İranın dinc nüvə obyektlərinə hücumları, eləcə də Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyinin təmin edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.