AZ

İrandan Azərbaycana ümumilikdə 2309 nəfər təxliyə edilib

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

Milli.Az xəbər verir ki, 28 fevral 8.00-dan - 13 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 2309 nəfər təxliyə olunub.

Belə ki, 686 Çin, 403 Azərbaycan, 294 Rusiya, 178 Tacikistan, 140 Pakistan, 68 İndoneziya, 57 Oman, 44 İtaliya, 33 İran, 26 İspaniya, 25 Əlcəzair, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 16 Almaniya, 13 Özbəkistan, 13 Gürcüstan, 13 Nigeriya, 12 Polşa, 12 Macarıstan, 11 Meksika, 11 İsveçrə, 10 Qazaxıstan, 10 Belarus, 10 Kanada, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Böyük Britaniya, 8 Braziliya vətəndaşı təxliyə olunub.

Siyahıda həmçinin BƏƏ, Slovakiya, Belçika və Rumıniyanın hər biri üzrə 6 vətəndaş, Hindistan, Serbiya, Çexiya, Əfqanıstan, Avstriya və Yunanıstanın hər biri üzrə 5 vətəndaş, İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt, Bəhreyn, Finlandiya və ABŞ-nin hər biri üzrə 4, Niderland, Qətər, Filippin, Xorvatiya, Avstraliya və Danimarkanın hər biri üzrə 3 vətəndaş, Nepal, Livan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr, Sloveniya və Tunisnın hər biri üzrə isə 2 vətəndaş yer alıb.

Eyni zamanda Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir və Belizin hər biri üzrə isə 1 nəfər təxliyə edilib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Milli.Az

Seçilən
42
7
milli.az

10Mənbələr