AZ

İrandan Azərbaycana indiyədək 73 ölkənin 2309 vətəndaşı təxliyə olunub

5
Fevralın 28-i saat 8:00-dan martın 12-si saat 10:00-dək İrandan Azərbaycana ümumilikdə 2 309 nəfər təxliyə olunub.
Yeniavaz.com
xəbər verir ki, təxliyə olunanların 403 nəfəri Azərbaycan vətəndaşıdır.
Eyni zamanda Çinin 686, Rusiyanın 294, Tacikistanın 178, Pakistanın 140, İndoneziyanın 68, Omanın 57, İtaliyanın 44, İranın 33, İspaniyanın 26, Əlcəzairin 25, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 17, Fransa və Almaniyanın hər birinin 16, Gürcüstan, Özbəkistan və Nigeriyanın hər birinin 13, Macarıstan ilə Polşanın hər birinin 12, İsveçrə və Meksikanın hər birinin 11, Qazaxıstan, Belarus, Bolqarıstan, Konqo Demokratik Respublikası və Kanadanın hər birinin 10 vətəndaşı Azərbaycana təxliyə edilib.
Bundan başqa, təxliyə edilənlər arasında Böyük Britaniyanın 9, Braziliya 8, BƏƏ, Slovakiya, Belçika və Rumıniyanın hər birinin 6, Serbiya, Çexiya, Əfqanıstan, Avstriya, Yunanıstan və Hindistanın hər birinin 5, İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt, Bəhreyn, ABŞ, Finlandiya və Niderlandın hər birinin 4, Qətər, Filippin, Xorvatiya, Avstarliya və Danimarkanın hər birinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr və Sloveniyanın hər birinin 2 vətəndaş var.
İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir və Belizin hərə birinin 1 vətəndaş təxliyə olunub.
Seçilən
22
5
yeniavaz.com

6Mənbələr