AZ

ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

ABŞ-nin müharibə naziri Pit Heqset Yaxın Şərqə əlavə hərbi qüvvələrin göndərilməsi barədə qərarı təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Pentaqon rəhbəri ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bölgəyə təxminən 2500 dəniz piyadasından ibarət ekspedisiya bölmələrinin göndərilməsi tələbi ilə razılaşıb. Bu addım İranın Hörmüz boğazındakı aktivliyi və qlobal gəmiçiliyə mane olan hücumlarından sonra atılıb.

Pentaqon rəsmiləri məsələ ilə bağlı hələlik rəsmi şərh verməkdən imtina etsələr də, WSJ-nin təhlillərinə görə, ABŞ hərbi kampaniyanın aktiv fazası başa çatdıqdan sonra İran ərazisində gizli əməliyyatlara başlaya bilər. Eyni zamanda Vaşinqton və Təl-Əviv Tehrana qarşı iqtisadi təzyiqləri davam etdirmək niyyətindədir.

Xatırladaq ki, fevralın 28-dən start verilən “Epik Qəzəb” (Epic Fury) əməliyyatı çərçivəsində İranın hava hücumundan müdafiə sistemləri, raket bazaları və nüvə infrastrukturu hədəfə alınır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
115
8
qafqazinfo.az

9Mənbələr