Rusiyalı model və bloqçu Oksana Samoylova məşhur futbolçu Kilian Mbappenin iştirakı ilə baş verən mübahisəli hadisəyə münasibət bildirib.
Publika.az xəbər verir ki, Samoylova Parisdəki oteldən çıxarkən “Real Madrid”in hücumçusu ilə toqquşub. Mbappe Samoylovanın yanından keçməyə çalışarkən onu itələyib.
Bu yüngül toxunuşa görə Kilian sosial mediada ispan azarkeşlərinin tənqidinə tuş gəlib.
Samoylovanın əri, reper Ciqan da onu müdafiə etmək üçün sərt ifadələr işlədib.
“İndi isə Mbappe ilə necə mübahisə etdiyimlə bağlı vəd edilmiş hekayə… Sadəcə, ora necə düşdüyümü və birdən-birə özüm üçün necə xəbərlər və problemlər yaratmağı bacardığımı bilmirəm.