AZ

Bu içki sudan daha çox susuzluğumuzu yatırırmış

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Susuzluğu yatırmaq üçün adi suyun ən yaxşı vasitə olduğu düşünülsə də, aparılan araşdırmalar fərqli həqiqətləri üzə çıxarıb. Alimlərin gəldiyi qənaətə görə, bədənin maye ehtiyacını süd daha effektiv və uzunmüddətli şəkildə qarşılayır.Demokrat.az xəbər verir ki, adi su mədədən sürətlə keçərək qan dövranına qarışır və qısa müddətdən sonra sidik ifrazı ilə bədəndən xaric olur. Südün tərkibindəki laktoza, zülal və yağlar isə bu prosesi ləngidir. Beləliklə, maye orqanizmdə daha çox qalır və hüceyrələrin nəmlənməsini təmin edir.Süd həm də natrium və kalium elementləri ilə zəngindir. Bu maddələr bədəndə suyu saxlayan süngər rolunu oynayaraq maye itkisinin qarşısını alır. Tədqiqatçılar müxtəlif içkiləri müqayisə edərək bədəndə ən uzun müddət qalan mayelərin siyahısını da müəyyənləşdiriblər. Siyahının başında apteklərdə satılan xüsusi rehidratasiya məhlulları, həmçinin yağlı və yağsız süd qərarlaşıb. Portağal şirəsi və adi su isə onlardan sonra gəlir.Şirin qazlı içkilər və meyvə şirələri mədədə sudan daha çox qalsa da, onlar bədəni nəmləndirmək əvəzinə əks təsir göstərir. Tərkibindəki yüksək şəkər konsentrasiyası bağırsağa çatdıqda, orqanizm bu şəkəri durulaşdırmaq üçün hüceyrələrdəki suyu bağırsağa çəkməyə başlayır. Bu proses nəticəsində bədəndə ciddi su itkisi yaranır.Qəhvə ilə bağlı yayılan fikirlərin də tam doğru olmadığı üzə çıxıb. Bir fincan qəhvə bədəni demək olar ki, su qədər təmin edə bilir. Kofeinin sidikqovucu təsiri yalnız ard-arda dörd fincandan çox içildikdə özünü göstərir. Beləliklə, yay aylarında və ya intensiv fiziki aktivlik zamanı süd içmək bədənin su balansını qorumaq üçün daha faydalı seçim ola bilər.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr