AZ

Tramp: “İranı darmadağın edəcəyik, Ukraynadan yardım lazım deyil

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton hələlik İranda nüvə obyektlərinə qarşı hər hansı hərbi əməliyyat aparmağı planlaşdırmır.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Fox News” radiosuna müsahibəsində deyib.

“Hazırda əsas məqsədimiz onların raket və pilotsuz uçuş aparatlarını darmadağın etməkdir”, – Tramp bildirib.

O, həmçinin hərbi əməliyyatı intuisiyasına arxalanaraq bitirəcəyini qeyd edib:

“Müharibənin nə vaxy bitəcəyini biləcəm. Bunu intiusiyam ilə hiss edəcəm”, _ Tramp bildirib.

Prezident əmin edib ki, əməliyyat başa çatdıqdan dərhal sonra neft və digər məhsulların qiymətləri aşağı düşəcək, vəziyyət əvvəlki kimi olacaq. Bu prosesin çox vaxt alacağını düşünmürəm.

Kiyevin ABŞ-ın İrana qarşı əməliyyatına kömək etməsi ilə bağlı suala Tramp belə cavab verib:

“Bizə pilotsuz uçuş aparatları ilə bağlı yardım lazım deyil. ABŞ bu sahədə hər kəsdən daha çox biliyə sahibdir və dünyanın ən yaxşı PUA-larına malikdir”.

Tramp İrana məxsus Hark adasına ABŞ-ın nəzarət edib-etmədiyi ilə bağlı sualı cavablandırmaqdan yayınıb:

“Mən bu suala cavab verə bilmərəm. Siz bu sualı verməməliydiniz. Bu haqda sirrimi niyə sizə deməliyəm?”

Qeyd edək ki, “Axios” portalı ABŞ administrasiyasının İranın Hark adasına nəzarət etdiyi haqda məlumat yayıb. Bildirilir ki, adada İranın neft ixracının təxminən 90 faizini həyata keçirən terminal yerləşir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
globalinfo.az

1Mənbələr