AZ

Sinqhlərin müdafiəsinə dair beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub

"Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Sinqhlərin müqaviməti və BMT" adlı beynəlxalq konfransın Yekun Bəyanatı qəbul olunub.

Moderator.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.

Qeyd olunub ki, iştirakçılar, müxtəlif ölkələrdə fəaliyyət göstərən sinqh icmasının fəallarına, insan hüquqları müdafiəçilərinə və sinqh diasporunun üzvlərinə qarşı yönəlmiş transmilli repressiya halları və tendensiyaları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər. İştirakçılar, xarici ölkələrdə fəaliyyət göstərən sinqh fərdləri və təşkilatlarına qarşı repressiya hallarının müxtəlif formaları - gizli müşahidə, qorxutma və təhdid, təqib və təzyiq, dezinformasiya kampaniyaları və zorakılıq aktları vasitəsilə həyata keçirildiyini əks etdirən sənədləşdirilmiş nümunələrin mövcudluğunu dərin narahatlıqla qeyd edirlər. Bu cür praktikalar sərhədlərdən kənarda həyata keçirildiyi zaman, fundamental insan hüquq və azadlıqlarının ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, beynəlxalq hüququn əsas prinsiplərini və diaspor icmalarının məskunlaşdığı dövlətlərin suverenliyini də əhəmiyyətli dərəcədə zəiflədir.

İştirakçılar, habelə sinqh fəalı Bhai Hardeep Singh Nijjarın qətlə yetirilməsindən sonra yayılan məlumatlar fonunda Hindistan hökuməti tərəfindən zikh fəallarına qarşı təzyiq, qorxutma və digər təqib formalarının davam etdirildiyi barədə xəbərləri ciddi narahatlıqla qeyd ediblər. Bildirilib ki, bu cür hallar xüsusilə ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya ilə yanaşı, İtaliya, Belçika və Almaniya kimi bir sıra Avropa ölkələrində də müşahidə olunur. Sözügedən pozuntular sinqh diaspor icmalarının təhlükəsizliyi, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması baxımından ciddi narahatlıq doğurur.

"Bakı Təşəbbüs Qrupu (BTQ) sinqh xalqının fundamental hüquq və azadlıqlarını, eləcə də milli və mədəni kimliyini qorumaq istiqamətində apardığı legitim və hüquqa əsaslanan mübarizəyə dəstəyini bir daha təsdiq edir. Bununla yanaşı, Bakı Təşəbbüs Qrupu transmilli repressiya halları ilə bağlı məsələlərin beynəlxalq institutların gündəliyində prioritet mövzu kimi qaldırılmasının və bu cür fəaliyyətlərin müvafiq beynəlxalq nəzarət və araşdırma mexanizmləri çərçivəsində hərtərəfli şəkildə araşdırılmasının zəruriliyini vurğulayır.

Bugünkü konfransın iştirakçıları Birləşmiş Millətlər Təşkilatını (BMT), onun müvafiq insan hüquqları mexanizmlərini, eləcə də beynəlxalq ictimaiyyəti aşağıdakı tədbirləri görməyə çağırıb: Sinqh fəalları və diaspor icmalarını hədəf alan transmilli repressiya halları ilə bağlı məlumatların sistemli şəkildə monitorinqini aparmaq və bu halların hərtərəfli araşdırılmasını təmin etmək; milli sərhədlərdən kənarda həyata keçirilən qorxutma, təhdid, təqib və ya zorakılıq halları ilə bağlı işlərdə hesabatlılıq və şəffaflıq prinsiplərinin təmin edilməsini təşviq etmək; diaspor icmaları, insan hüquqları müdafiəçiləri və siyasi fəallar üçün beynəlxalq müdafiə və təminat mexanizmlərini daha da gücləndirmək.

Xüsusilə, BTQ və Sinq Federasiyası beynəlxalq ictimaiyyəti, eləcə də BMT və onun aidiyyəti qurumlarını, o cümlədən BMT-nin İnsan Hüquqları Şurasını, insan hüquqları müdafiəçiləri və azlıqlar üzrə BMT-nin xüsusi məruzəçilərini və digər beynəlxalq mexanizmləri zorakılıq aktlarını törədən şəxslərə qarşı konkret və təsirli addımlar atmağa çağırırlar. Bu əməliyyatların arxasında duran komanda və idarəetmə zəncirini aydınlaşdırmaq, beynəlxalq hüquq pozuntularını qiymətləndirmək və müvafiq hesabatlılıq və hücumların qarşısının alınması mexanizmlərini müəyyən etmək məqsədilə Hindistan hökumətinin hücumları ilə bağlı müstəqil araşdırmanın başlanması üçün BMT-yə çağırış edirlər.

İştirakçılar, qeyd edilən məsələlərə diqqət çəkmək və Hindistandakı zikh və digər icmaların hüquqlarının təmin olunmasına töhfə vermək məqsədilə beynəlxalq forumlarda davamlı iştirak və əlaqələrin davam etdirilməsinə olan öhdəliklərini bir daha təsdiqləyirlər", - bəyanatda deyilir.

Seçilən
32
4
moderator.az

10Mənbələr