Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 223,687 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Aznews.az xəbər verir ki, Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% çoxdur.
Hesabat dövründə muxtar respublikada əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun dəyəri 473,5 manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1% çoxdur.
Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 18 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,4 faiz artıb.