Bu gün Misli Premyer Liqasında 24-cü tur start götürüb.
QOL.az xəbər verir ki, ilk gündə artıq bir oyun başa çatıb.
Əvvəlcə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında 1-ci və 2-ci dövrənin matçlarında Naxçıvan təmsilçisi qələbə qazanıb (2:1, 2:0).
Həmçinin bu gün "Şamaxı" "Sumqayıt"ın qonağı olacaq. Oyun saat 20:30-da start götürəcək. Sözügedən komandaların 1-ci dövrədəki oyununda 1:1 hesabı qeydə alınıb. 2-ci dövrənin qarşılaşmasında isə "gənclik şəhəri" təmsilçisi üstün olub - 2:1.
13 mart (cümə)
18:30. “Araz-Naxçıvan” – “Karvan-Yevlax” - 2:1
Qollar: Hamidu Keyta, 37 (1:0), Ba-Muaka Simakala, 40 (2:0), Kayl Spens, 51 (2:1)
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
“Liv Bona Dea Arena”
20:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Vüsal Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
14 mart (şənbə)
15:00. “İmişli” – “Sabah”
19:15. “Zirə” - “Qarabağ”
15 mart (bazar)
15:00. “Kəpəz” – “Turan Tovuz”
18:00. “Qəbələ” – “Neftçi”

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 12 qol
Bassalu Sambu ("Neftçi") - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 9 qol
Velko Şimiç (“Sabah”) - 9 qol
Karim Rossi ("Şamaxı") - 8 qol
Emin Mahmudov (“Neftçi”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Dioqo Almeyda ("İmişli") - 7 qol