Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
“TikTok" platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə "Qarabəy" adlı səhifəni idarə edən Qarabəy Şərifovu polis saxlayıb.
Avtosfer.az-ın “Unikal”a istinadən məlumatına görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.
Xəzər rayon məhkəməsinin müvafiq qərarına əsasən, Q.Şərifov inzibati qaydada 20 sutkalıq həbs edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.