AZ

Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə görüşdü



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb.

Görüş zamanı 13-cü Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, tədbir çərçivəsində COP-a və iqlim gündəliyinə həsr olunmuş panel müzakirələrinin təşkil edilməsi təqdir edilib.

Azərbaycan ilə Türkiyə arasında ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi, iqlim dəyişiklikləri ilə mübarizə sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) önəmi qeyd edilib.

Seçilən
39
24
baki-xeber.com

10Mənbələr