AZ

Karate üzrə yığmamız Rusiyadakı turnirdə ikinci olub

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Sankt-Peterburq şəhərində deflimpiya karateçiləri arasında beynəlxalq turnir keçirilib.

İdman.Biz bildirir ki, Azərbaycanın deflimpiya karateçiləri turnirdə üç idmançı ilə iştirak ediblər:

• Qasımzadə Elnur (-67 kq)

• Əlizadə Ələkbər (-75 kq)

• Sahibli Sahib (-84 kq)

Yarışın nəticələrinə əsasən Elnur Qasımzadə fərdi kateqoriyada bürünc medal qazanıb. Komanda döyüşlərində isə Azərbaycan yığma komandası gümüş medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan milli komandası bu turnirdə Azərbaycan Karate Federasiyasının deflimpiya üzrə baş məşqçisi Seymur Xudaverdiyev və hakim Şahin Xudaverdiyevin rəhbərliyi ilə iştirak edib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
1
icma.az

2Mənbələr