AZ

Quterreş :Livan üçün 308 milyon dollarlıq təcili yardım çağırışı başlatdıq



Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Livan xalqına dəstək məqsədilə 308 milyon dollarlıq təcili humanitar yardım çağırışı elan etdi.BMT-nin Baş katibi Quterreş İsrailin hücumuna məruz qalan Beyruta səfəri zamanı keçirdiyi birgə mətbuat konfransında çıxış edib.BMT-nin Baş katibi Quterreş bu gün Livan xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Livanda olduğunu bildirib və əlavə edib ki, şifahi həmrəylik konkret addımlarla dəstəklənməlidir.
Quterreş Livanda 800 mindən çox insanın didərgin düşdüyünü və Livan xalqına dəstək olmaq üçün 308,3 milyon dollarlıq təcili humanitar yardım çağırışı başlatdıqlarını bildirib.

O, BMT agentliklərinin və humanitar tərəfdaşların isti yemək, təhlükəsiz içməli su, gigiyena ləvazimatları və zəruri yardımların çatdırılması üçün yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq etdiyini qeyd edərək, əlavə edib ki, dünya bu çətin dövrdə Livan xalqına mümkün olan ən güclü dəstəyi göstərməlidir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
89
aia.az

1Mənbələr