Son günlər sosial şəbəkələrdə buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı geniş müzakirələr aparılır.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, imtahanda iştirak edən bəzi abituriyentlər və valideynlər sualların tərtibatı ilə bağlı narazılıqlarını bildiriblər.
Onların sözlərinə görə, bir sıra test tapşırıqları proqram çərçivəsindən kənara çıxıb. Şikayət edənlərin bir qismi isə sualların düzgün və aydın formada tərtib olunmadığını, bəzi sualların mətninin həddindən artıq uzun olduğunu, bunun da verilən vaxtla uyğun olmadığını iddia ediblər.
Aparılan müzakirələrdə yer alan əsas məsələlərlə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Oxu.Az-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik: