AZ

​İkardi qərarını verdi -

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi İstanbul klubunu tərk edəcək. 33 yaşlı futbolçu mövsümün sonunda karyerasını Avropada davam etdirəcək. Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. "Sözcü" qəzeti İkardinin yeni klubunun adını açıqlayıb. KİV-in məlumatına görə, ulduz futbolçu gələn mövsümdən etibarən karyerasını İtaliya nəhəngi "Yuventus"da davam etdirəcək. İtaliya təmsilçisinin argentinalı ulduzla anlaşdığı iddia edilib.

Qeyd edək ki, son həftələr meydana əsas heyətdə çıxa bilməyən Mauro İkardi ilə baş məşqçi Okan Buruk arasında "soyuq küləklər" əsir.

Seçilən
13
1
metbuat.az

2Mənbələr