AZ

Ruzanna Məmmədova Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, o, finalda rusiyalı Amina Tandelovaya məğlub olub.

Bu, Azərbaycan komandasının Avropa çempionatında ümumilikdə 6-cı gümüş medalı olub.

Seçilən
37
4
far.az

6Mənbələr