ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tərtərdə doğuşdan sonra həyatını itirən Röya Allahverdiyevanın yaxınları danışıb.
Bakıvaxtı.az xəbər verir ki, onlar qadının həkimlərin səhlənkarlığını ucbatından öldüyünü iddia edirlər.
“Bizi 5 saat aldatdılar ki, indi çıxacaq. Sonra 102-yə zəng etdim ki, mənə kömək edin. Həkim briqadası göndərdilər. Heç bir xəstəliyi olmayıb balamın. Həmişə həkim nəzarətində olub. Bu uşaq da ilk övladı idi”,- deyə atası əlavə edib.
Qayınatası isə bildirib ki, gəlininin doğuşdan sonra vəziyyəti normal olsa da, sonradan onda qanaxma baş verib:
“Gəlinlə də telefonla əlaqə saxlayıblar, deyib ki, yaxşıyam. Ancaq sonra oğlum eşidib ki, qanaxma var dayandıra bilmirlər”.
“Birinci dedilər ki, ananın da, uşağın da vəziyyəti yaxşıdır. Vaxt keçdikcə bizi danışdırmadılar. Eşitdik ki, qanaxma var, dayandıra bilmirlər. Tibb bacısı gəlib mənə dedi ki, get ciyər kababı al gətir. Qanaxma gedir, yeməlidir. Bu nə qədər düzgündür? Qan vurulmalıdır yoxsa, ciyər yeməlidir?”, - deyə mərhumun yaxını qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.