AZ

İran əməliyyatı Pentaqonu çətin vəziyyətə saldı: silah ehtiyatı sürətlə azalır

ABŞ-nin İrana qarşı başlatdığı hərbi əməliyyatlar Pentaqonun illərlə topladığı strateji sursat ehtiyatlarının sürətlə azalmasına səbəb olub.

Musavat.com xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə, xüsusilə ABŞ Hərbi Dəniz Qüvvələrinin arsenalında mühüm yer tutan “Tomahawk” qanadlı raketlərinin ehtiyatı ciddi şəkildə azalıb.

Bildirilir ki, müharibə başlayandan bəri həyata keçirilən intensiv zərbələr nəticəsində ABŞ bir neçə il ərzində yığılmış vacib sursat ehtiyatlarının əhəmiyyətli hissəsini sərf edib. Bu proses xüsusilə uzaqmənzilli və yüksək dəqiqlikli raketlərin sayına təsir göstərib.

Hərbi analitiklərin fikrincə, Tomahawk raketlərinin sürətlə azalması ABŞ Hərbi Dəniz Qüvvələrinin gələcək əməliyyat imkanlarına bir neçə il ərzində təsir edə bilər. Çünki bu raketlər dənizdən həyata keçirilən strateji zərbələrin əsas komponentlərindən sayılır.

Financial Times qeyd edir ki, mövcud sərfiyyat tempi davam edərsə, ABŞ-nin bu ehtiyatları bərpa etməsi və əvvəlki səviyyəyə qaytarması üçün bir neçə il tələb oluna bilər.

 

Musavat.com

Seçilən
22
12
musavat.com

10Mənbələr