AZ

Zelenski Parisdə Pəhləvi ilə görüşdü - nələri müzakirə etdilər? - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə İranın sonuncu şahının oğlu Reza Pəhləvi ilə görüşüb.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında məlumat yayıb. Ukrayna liderinin sözlərinə görə, görüş zamanı regiondakı vəziyyət, eləcə də ABŞ-nin İrana qarşı keçirdiyi hərbi əməliyyat müzakirə olunub. Zelenski bildirib ki, əsas mövzulardan biri İran xalqının gələcəyi və ölkənin siyasi perspektivləri olub.

“Çox vacibdir ki, İran xalqı öz taleyini müəyyən etmək üçün daha çox imkan əldə etsin. Biz beynəlxalq təzyiqin və birgə səylərin buna necə kömək edə biləcəyini müzakirə etdik”, – deyə o qeyd edib. 

Prezident əlavə edib ki, Pəhləvi Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə ifadə edib.

Qeyd edək ki, bu, Zelenski ilə Pəhləvinin son bir ay ərzində ikinci görüşüdür. Onlar daha əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində də görüşmüşdülər.

 

Nigar Həsənli
Musavat.com

Seçilən
127
50
musavat.com

10Mənbələr