AZ

Pakistan-Əfqanıstan arasında davam edən qarşıdurmalarda itki sayı artır

Pakistan-Əfqanıstan arasında davam edən qarşıdurmalarda itki sayı artır

Pakistan və Əfqanıstan arasında sərhəd bölgələrində toqquşmalar davam edərkən, İslamabad rəhbərliyi Əfqanıstanda həyata keçirdikləri əməliyyatlarda 663 silahlı ünsürün öldürüldüyünü bəyan edib.

AFN.az xəbər verir ki, Pakistanın informasiya naziri Attaullah Tarar "X" sosial media platformasındakı hesabından mövzu ilə bağlı açıqlama yayıb.

Əməliyyatlar zamanı Əfqanıstan təhlükəsizlik qüvvələrinə mənsub 663 silahlının öldürüldüyünü, 887-dən çoxunun isə yaralandığını iddia edən Tarar, həmçinin 224 tankın, zirehli texnikanın və topun məhv edildiyini irəli sürüb. Nazir əlavə olaraq Əfqanıstan tərəfində 44 nəzarət-buraxılış məntəqəsinin ələ keçirildiyini qeyd edib.

Digər tərəfdən, Əfqanıstan rəhbərliyi də hücumlara cavab verildiyini açıqlayıb. Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın Kohat bölgəsindəki hərbi obyektə hava zərbəsi endirildiyini və İslamabaddakı hərbi obyektin PUA ilə hədəf alındığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstana Yardım Missiyası (UNAMA) qarşıdurmalar nəticəsində Əfqanıstanda 75 mülki şəxsin həyatını itirdiyini, 193 nəfərin isə yaralandığını diqqətə çatdırıb. UNAMA tərəfləri qarşıdurmaları təcili dayandırmağa çağırıb.

Seçilən
89
afn.az

1Mənbələr