AZ

Saşa İliç: “Yenə gənc oyunçulara şans verəcəyik” – ARENA.AZ

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 24-cü turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb – 0:1.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Digər məğlub olduğumuz matçlara baxanda, bu gün daha yaxşı oynadıq. 9 oyundur qələbə qazana bilməməyimizin səbəbini bilmirəm. Avrokuboklar şansımız azaldığına görə bundan sonrakı oyunlarda akademiyamızın gənc oyunçularına da şans verəcəyik. Strategiyanın klub rəhbərliyi tərəfindən verilməsi normal bir haldır. Nəticə olmadıqda, gənclərə şans verilməsinin tərəfdarıyam. Çempionata yaxşı başlamışdıq. Ancaq daha əvvəldən bilirdik ki, bizə bir müddət sonra yeni futbolçular lazım olacaq. Qış fasiləsi zamanı transfer planlarımız istədiyimiz kimi olmadı. Nəticədə də belə məğlubiyyətlər almağa başladıq”.

İliç mövsümün sonunda “Sumqayıt”dan ayrılmasının mümkünlüyü barədə sualı isə belə cavablandırıb:

“Müqaviləm var. Mən bu barədə düşünməmişəm. “Sumqayıt”ın bu mövsümü layiq olduğu yerlərdə bitirməsinə fokuslanmışam. Mövsümün sonunda bu barədə danışarıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
58
7
arena.az

10Mənbələr