AZ

Renat Dadaşov üçün 17-ci qolsuz oyun – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 25-ci turu çərçivəsində “Termaliça” ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə səfərdə üz-üzə gəlib və əzmkar qələbəyə sevinib – 2:1. Renat bu görüşün 75-ci dəqiqəsində meydana buraxılıb. O, 90+5-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

25 turdan sonra 34 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 25 oyunda 8 qələbə qazanıb, 10 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 17 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 41 oyunda 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
23
7
arena.az

10Mənbələr