AZ

"Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm" - Saşa İliç

"Sumqayıt" Misli premyer-liqasının 24-cü tur matçında "Şamaxı"ya uduzdu - 0:1.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- "Şamaxı"ya qarşı oyunumuz hər zaman çətin olur. Şanslarımız var idi. Lakin istifadə edə bilmədik.

- Futbolçular sanki oynamaq istəmirdilər. Bunu sizə qarşı birləşmə kimi qələmə vermək olarmı?
- Fikrimcə, oyunçular sona qədər mübarizə apardılar. Düşünmürəm belə şey olsun. Bu gün digər məğlub olduğumuz matçlara baxanda daha yaxşı oynadıq. 9 oyundu qələbə qazana bilməməyimizin səbəbini bilmirəm. Avrokuboklar şansımız azaldığına görə bundan sonrakı oyunlarda akademiyamızın gənc oyunçularına da şans verəcəyik.

- Əvvəlki çıxışlarınızda da bildirmişdiz ki, gənc futbolçuları oynatmaq rəhbərliyin qərarıdı. Penalti vurmaq məsələsində də futbolçuların özlərinin meydanda qərar verdiyini bildirmişdiz. Bu bir baş məşqçi kimi sizin mövqeyinizdən nə dərəcədə düzgündü?
- Penalti məsələsində ötən matçda Səbuhinin vurmasını mən istəmişdim. Lakin sonradan özü zərbəsinin yaxşı olmadığını əsas gətirərək meydanda Rossiyə topu ötürmüşdü. Bu məsələ mənim nəzarətim altındadı. Klub rəhbərliyi ilə bağlı məsələyə gəldikdə isə, strategiyanın klub rəhbərliyi tərəfindən verilməsi normal haldı. Nəticə olmadıqda, gənclərə şans verilməsinin tərəfdarıyam. Çempionata yaxşı başlamışdıq. Ancaq daha əvvəldən bilirdik ki, bizə bir müddət sonra yeni futbolçular lazım olacaq. Qış transferindən sonra da transfer məsələsi istədiyimiz kimi olmadı və nəticədə də belə məğlubiyyətlər almağa başladıq.

- Mövsümün sonunda komandadan ayrılmaq məsələsi barədə düşünmüsüzmü?
- Müqaviləm var. Mən bu barədə düşünməmişəm. Köklənmişəm ki, mövsümü "Sumqayıt"ın layiq olduğu yerlərdə bitirək. Mövsümün sonunda bu barədə danışarıq.

Seçilən
23
8
football-plus.az

9Mənbələr