AZ

Məşhur model gecəyə belə qatıldı Foto

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Məşhur model Emili Rataykovski son günlər “Dior” markasının tədbirlərində nümayiş etdirdiyi bir-birindən fərqli obrazları ilə moda dünyasının diqqət mərkəzindədir.

“Qafqazinfo” “Just Jared” portalına istinadən xəbər verir ki, podium ulduzu Beverli Hillsdə baş tutan “Dior and W” jurnalının qala şam yeməyinə qatılıb.

Tədbir üçün çiçək naxışlı, mavi ipək midi don seçən model görünüşünü uclu ayaqqabılar və zərif sırğalarla tamamlayıb. O, sadə düz saç düzümü və qara göz layneri ilə vurğulanmış axşam makiyajına üstünlük verib.

Model bundan bir gün əvvəl isə Parisdə keçirilən “Dior” şousunda fərqli tərzdə görüntülənmişdi. Paris moda həftəsi çərçivəsində o, kürəyi açıq, şəffaf ağ bluza və klassik qara şalvarda obyektivlərə poz verib.

Şəxsi bloqunda mütəmadi olaraq arxiv fotolarını və oğlu ilə olan anlarını paylaşan Emili bir neçə həftə əvvəl paylaşdığı idman üslublu cəsarətli fotoları ilə də izləyicilərinin böyük marağına səbəb olmuşdu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
qafqazinfo.az

1Mənbələr