ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Tottenhem Hotspur”un baş məşqçisi İqor Tudor Premyer Liqanın 30-cu turunda “Liverpul”la qarşılaşmadan əvvəl London klubundakı kadr vəziyyəti barədə danışıb.
İdman.Biz-in məlumatına görə, sözügedən oyun 15 mart bazar günü, Bakı vaxtı ilə saat 20:30-da baş tutacaq.
“Romero və Pallina oynaya bilməyəcəklər. Miki van de Ven də oynamayacaq. Bissumanın bəzi problemləri var, Qallaherin isə temperaturu var, amma ümid edirik ki, yaxşı olacaq. Hər zaman belə şeylər olur. Bu nadir haldır və karyeramda belə bir şey görməmişəm” - jurnalist Fabrizio Romano Tudorun dediklərini X sosial media hesabında paylaşıb.
Qeyd etmək lazımdır ki, van de Ven əvvəlki turda “Kristal Palas”a qarşı (1:3) oyunda meydandan qovulduğu üçün “mersisaydlılar”a qarşı oyunu buraxacaq.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.