AZ

Tehrandan Vaşinqtona zərbə: Hindistanı qorxudurdunuz, indi Rusiya neftinə möhtac qalmısınız

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ və Avropanın enerji siyasətini kəskin tənqid edib.

Musavat.com xəbər verir ki, iranlı diplomat Vaşinqtonun son addımlarının ciddi ziddiyyətlər ortaya qoyduğunu bildirib.

Araqçinin sözlərinə görə, ABŞ aylarla Hindistanı təhdid edərək onu Rusiyadan neft idxalını dayandırmağa məcbur etməyə çalışıb. Lakin o qeyd edib ki, İranla iki həftə davam edən müharibədən sonra Ağ Ev indi dünya ölkələrinə, o cümlədən Hindistana Rusiya xam neftini almağa çağırır.

İran XİN başçısı əlavə edib ki, Avropa da bu prosesdə yanlış hesablamalar edib. Onun sözlərinə görə, bəzi Avropa ölkələri İran əleyhinə aparılan “qanunsuz müharibəni” dəstəkləməklə ABŞ-dan Rusiyaya qarşı mübarizədə daha güclü siyasi dəstək alacaqlarını düşünürdülər.

Araqçi hesab edir ki, baş verən hadisələr Qərbin enerji və geopolitik strategiyasında ciddi ziddiyyətləri üzə çıxarıb.

 

Musavat.com

Seçilən
87
musavat.com

1Mənbələr