Martın 14-də saat 02 radələrində Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Polis əməkdaşları tərəfindən əraziyə nəzarət təmin edilir və təhlükəsizlik tədbirləri görülür.
Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.