AZ

Renat Dadaşovun komandası vacib qələbə qazanıb

Bakı. Trend:

Azərbaycanlı hücumçu Renat Dadaşov Polşa çempionatının növbətiturunun oyununa çıxıb.

Trend xəbər verirki, Dadaşovun çıxış etdiyi “Motor” komandası 25-ci turda səfərdə“Termalika”nı 2:1 hesabı ilə məğlub edib.

Renat Dadaşov 75-ci dəqiqədə meydana daxil olaraq komandasınınilk qolunu vuran Çubakı əvəz edib.

“Motor” son dörd turda üçüncü qələbəsini qazanıb və turnircədvəlində altıncı yerə yüksəlib. Dadaşovun komandası liqa lideri“Zaqlembe”dən yeddi xal geri qalır.

Seçilən
92
az.trend.az

1Mənbələr