AZ

ABŞ İsrailə vaxt verdi Bir həftə ərzində...

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

“ABŞ İrana hücumları dayandırmaq üçün İsrailə bir həftə vaxt verib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, İran rejimində dəyişiklik ehtimalı azdır və ABŞ-nin məqsədi İsrail hücumlarını qısa müddət ərzində məhdudlaşdırmaqdır.

Mənbə qeyd edib ki, İranda rejim dəyişikliyi üçün quru əməliyyatlarının və ya etirazların yenidən başlaması zəruridir, lakin bunun yaxın gələcəkdə baş verəcəyi gözlənilmir.

Vurğulanır ki, ABŞ müharibənin neft qiymətlərinə təsirindən narahatdır, İsrail isə əməliyyatları uğur kimi qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
4
qafqazinfo.az

10Mənbələr