Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Allergiyanın simptomlarını ciddi qəbul etməmək sağlamlıq üçün ağır nəticələr doğura bilər. Rusiyalı allergoloq-immunoloq Alena Bondarenko bildirir ki, həkimə müraciəti gecikdirmək allergik reaksiyanın daha da ağırlaşmasına səbəb olur. Bu vəziyyət təkcə göz və burun nahiyəsini deyil, həm də tənəffüs sistemini təhlükə altına qoyur.Demokrat.az-ın məlumatına görə həkim qeyd edir ki, xüsusilə tozcuq allergiyası olan şəxslərdə bronxial astmanın inkişaf riski xeyli yüksəkdir. Simptomlar yaranan zaman internetdəki məsləhətlərlə özünü müalicə etmək vəziyyəti daha da qəlizləşdirə bilər. Bu səbəbdən ilkin əlamətlər görünən kimi ixtisaslı həkimlə məsləhətləşmək vacibdir.Uşaqlarda isə vəziyyət bir qədər fərqli inkişaf edir. "SM-Klinika"nın allergoloqu Nadejda İlyinceva vurğulayır ki, altı yaşınadək uşaqlarda allergik reaksiyalar çox vaxt valideynlərin diqqətindən qaçır. Böyüklər uşağın dərisindəki qızartıları və ya yanaqlardakı "diatez" hallarını yaşla bağlı adi keçici proses hesab edirlər:"Halbuki dermatit və buna bənzər dəri reaksiyaları orqanizmin verdiyi ciddi siqnallardır. Valideynlərin bu əlamətlərə qarşı həssas olması uşağın gələcək sağlamlığı üçün həlledici rol oynayır", - deyə o bildirib.Aytən
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.