AZ

Devid Gilmorun gitarası hərracda rekord qiymətə satıldı

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Pink Floyd" qrupunun solisti və gitaraçısı Devid Gilmora məxsus "Fender" istehsalı olan "Black Strat" elektrik gitarası Londonda keçirilən hərracda 14.55 milyon dollara satılıb. Bu, indiyədək hərracda satılmış ən bahalı gitara olub.

Lent.az xəbər verir ki, bu barədə "Rolling Stone" jurnalı məlumat yayıb.

"Bu, tarixdə ən bahalı gitara satışı olub və 2020-ci ildə altı milyon dollara satılan 1959-cu il istehsalı Martin D-18E akustik gitarasını geridə qoyub. Həmin gitarada Kurt Kobeyn "Nirvana" qrupunun "MTV Unplugged" proqramındakı məşhur çıxışı zamanı ifa etmişdi", - deyə nəşrdə bildirilir.

Qeyd olunur ki, 1969-cu ildə "Fender" şirkəti tərəfindən istehsal edilən gitara ilkin olaraq 2-4 milyon dollar arasında qiymətləndirilirdi. "Black Strat" gitarası ilə Devid Gilmor qrupun məşhur albomlarının - "The Dark Side of the Moon" (1973), "Wish You Were Here" (1975), "Animals" (1977) və "The Wall" (1979) - yazılışı zamanı ifa edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
1
lent.az

2Mənbələr