Ukrayna üzrə sülh danışıqları artıq “Santa Barbara” serialına bənzəyir.
Adalet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki müharibə fonunda danışıqlar prosesi daha da mürəkkəbləşib.
Volodimir Zelenski bildirib ki, amerikalılar görüşə hazır olduqlarını deyiblər, lakin yalnız ABŞ-da:
" Çünki müharibə və təhlükəsizliklə bağlı vəziyyət onların hazırda ölkə ərazisini tərk etməsinə imkan vermir”.