Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə yeni klubu “Kolambus Kru”nun (ABŞ) yeni stadionu ilə tanış olub.
QOL.az xəbər verir ki, ziyarət komandanın MLS-də “Neşvil”ə qarşı keçirəcəyi ev oyunu öncəsi baş tutub. Axundzadənin bu matçda iştirak edib-etməyəcəyinə dair hələlik məlumat yoxdur.
Oyun martın 15-si saat 02:15-də (Bakı vaxtı ilə) başlanacaq.