AZ

Azərbaycan neftinin qiyməti 109 dolları ötüb

Bakı. Trend:

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycanneftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə3,52 ABŞ dolları və ya 3,33 faiz artaraq bir barel üçün 109,10 ABŞdolları təşkil edib.

Bu barədə Trend-əneft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalıneftin FOB bazasında bir barelinin qiyməti 3,61 dollar və ya 3,55faiz bahlaşaraq 105,24 dollar olub.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 3,68 dollar və ya 5,54 faiz artaraq bir barel üçün 70,06dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftinqiyməti isə əvvəlki göstərici ilə müqayisədə 2,81 dollar və ya 2,79faiz artaraq bir barel üçün 103,47 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin ortaqiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Seçilən
3
49
az.trend.az

10Mənbələr