AZ

UN-Habitat-ın rəhbəri: Şəhərlərin üzləşdiyi çağırışların ictimaiyyətə çatdırılması vacibdir

Bakı, 14 mart, AZƏRTAC

Bu gün şəhərlərin qarşılaşdığı çağırışları və mövcud şəraitdə onların oynadığı rolu ictimaiyyətə çatdırmaq bizim üçün böyük əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunan brifinq zamanı deyib.

Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumu hər iki ildən bir keçirilir. Forumun 13-cü sessiyası mayın 17–22-də Bakıda təşkil olunacaq.

Forumun mövzusu “Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” olacaq. Rosbax bildirib ki, mövzunun mənzil məsələsinə həsr edilməsinin əsas səbəbi dünyada getdikcə dərinləşən qlobal mənzil böhranıdır.

Qeyd edib ki, hazırda dünyada təxminən 300 milyon insan evsiz vəziyyətdə yaşayır, bir milyarddan çox insan isə qeyri-rəsmi yaşayış məntəqələrində və ya gecəqondularda məskunlaşıb. Bu insanların böyük hissəsinin adekvat su təminatına, əsas infrastruktura, xidmətlərə, səhiyyə və təhsil imkanlarına çıxışı yoxdur. Hətta onların bir çoxunun rəsmi yaşayış ünvanı belə mövcud deyil.

Seçilən
15
4
azertag.az

5Mənbələr