Rusiya qüvvələri Kiyev bölgəsinə kütləvi raket və pilotsuz təyyarə hücumu həyata keçirib, nəticədə üç nəfər həlak olub, ən azı beş nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Nikolay Kalaşnik "Telegram"da məlumat yayıb.
"Bu gecə düşmən Kiyev bölgəsinə dronlar və raketlərlə kütləvi hücumlar edib. Brovarı rayonunda iki nəfər həlak olub. Daha dörd nəfər yaralanıb. Yataqxana binası, istehsal müəssisələri və anbarlar zədələnib", - deyə məlumatda bildirilir.
Onun sözlərinə görə, Vışqorod rayonunda daha bir nəfər yaralanıb.