Aysun İsmayılovanın sosial şəbəkədəki son paylaşımı maraq doğurub.
KONKRET.az xəbər verir ki, ifaçı qızı Sevgi ilə birlikdə çəkdirdiyi görüntüləri izləyiciləri ilə bölüşüb.
Kadrlarda ana və qızın səmimi və sevgi dolu anları əks olunub.
Aysunun paylaşıma yazdığı duyğusal sözlər isə izləyicilərini kövrəldib:
“Həyat mənə çox şey vermədi…
Amma mənə səni verdi.
Bəzən həyat mənə çox çətin gəlir, amma sonra qızım gülür və bir “Ana” deyişi ilə həyatın bütün yorğunluğu keçir.
Gün gələcək böyüyəcək… Bəlkə də bu günləri xatırlamayacaq. Amma mən bu balaca Sevgi üçün çox darıxacağam, çünki uşaqlar böyüyəndə indi gözlədiyi kimi səni gözləmir, indi öpdüyü kimi öpmür, indi qucaqladığı kimi qucaqlamır, hər dəfə yeni nə isə öyrənəndə həyəcanla sənə izah etmir, yıxılanda “öp keçsin” demir, yatanda səni istəmir…
Mənim yeganə Sevgim sən məni hər yaşında belə çox sev…”
Xatırladaq ki, Sevgi Aysun İsmayılova ilə vəkil Ramil Vəliyevin övladıdır. Cütlük ailə qursa da, qısa müddət sonra boşanaraq həyat yollarını ayırıb.//yenisabah