AZ

BMT rəsmisi: Dünyada təxminən 3 milyard insan uyğunsuz mənzillərdə yaşayır

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Biz ciddi mənzil böhranı ilə üzləşirik və bu, qlobal xarakter daşıyır".

Oxu.Az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasına (WUF13) həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, tədbirin mövzusunun "Dünya üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" seçilməsi təsadüfi deyil:

"Bu gün çox sayda insan son dərəcə həssas və qeyri-sabit şəraitdə yaşayır. Təxminən 300 milyon insan evsizdir, 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır. Bundan əlavə, dünyada təxminən 3 milyard insan uyğunsuz mənzillərdə yaşayır. Planetimiz hələ tam urbanizasiya olunmayıb. Gələcək bir neçə onillikdə təxminən 2 milyard insan şəhərlərə köçəcək. O zaman dünya əhalisinin 70%-i şəhərlərdə yaşayacaq və bu artan əhali axını üçün xüsusilə Afrika və Cənub-Şərqi Asiyada uyğun mənzil təmin etmək çox vacib olacaq".

Nümayəndə qeyd edib ki, son 10 ildə baş verənlər qiymətləndirilməldir:

"Biz fəaliyyətimizi "New Urban Agenda" adlı sənəd əsasında istiqamətləndiririk. Bu sənəd 2016-cı ildə qəbul olunub və bu il 10 illiyini qeyd edir. Biz son 10 ildə baş verənləri qiymətləndirməliyik, lakin daha vacibi odur ki, sənəd 2036-cı ilə qədər əhatə edir və qarşıdakı illər üçün prioritetləri, təcili tədbirləri müəyyənləşdirməli, təcrübə və bilikləri paylaşmalıyıq. Ən vacibi isə bu istiqamətdə qlobal koalisiyalar qurmaqdır".

Məlik Məlikov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
oxu.az

1Mənbələr